AZ

Pakistan müdafiə naziri şahın oğlunu “fahişə” adlandırdı

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif İranın keçmiş şahının oğlu Rza Pəhləvini “fahişə” adlandırıb.

Axar.az xəbər verir ki, Xavaca Asif X səhifəsində Rza Pəhləvinin çıxışını paylaşaraq, bunları yazıb:

“Əgər sənin fikrincə, iranlılar ruhlanıb və motivasiya olunublarsa, onda cəsarətini topla, geri qayıt, onlara rəhbərlik et və rejimi devir. Sözünü əmələ çevir, lənətə gəlmiş parazit imperialist fahişə...”

Qeyd edək ki, Rza Pəvləvi çıxışında İran xalqının indi enerji və motivasiya ilə dolu olduğunu və bunu İslam rejimini devirmək üçün ən yaxşı fürsət kimi gördüyünü demişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
3
axar.az

4Mənbələr