Axar.az saytına istinadən ain.az xəbər verir.
İsrail İrana qarşı 2024-cü ildə Hizbullah üzvlərinin peycerlərinin kütləvi şəkildə partladılmasını kölgədə qoyacaq yeni əməliyyat hazırlayıb.
Axar.az xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter deyib.
“Bəzi sürprizlər hazırlamışıq. Toz çökəndə, cümə axşamı və cümə günləri peycer əməliyyatını demək olar ki, sadə göstərəcək bir neçə sürpriz görəcəksiniz”, - o bildirib.
Qeyd edək ki, 2024-cü ilin sentyabrın 17 və 18-də Livanda peycerlərin, mobil telefon, noutbukların partladılması nəticəsində ümumilikdə 32 nəfər ölmüş, 4,5 mindən çox insan yaralanmışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.