AZ

Reabilitasiya mərkəzində xəstələrə əzab verməktə təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb

Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən "New Life" reabilitasiya mərkəzinin əməkdaşı Sərxan Əliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Sərxan Əliyevin vəkili kassasiya şikayətini müdafiə edib.

O, bildirib ki, ittihamda Sərxan Əliyev "New Life" reabilitasiya mərkəzinin əməkdaşı kimi qeyd edilsə də, belə deyil. Müvəkkilim oranın əməkdaşı deyil. Məhkəmədən müvəkkilimin işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edirəm.

Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Famil Rzayev 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Famil Rzayev, Elvüsal Hüseynov və Orucəli Əliheydərovun cəzası 1 azaldısa da, digər şəxslərin cəzasınada dəyişiklik olmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunub.Həmçinin Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayeva isə Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Seçilən
1
3
apa.az

4Mənbələr