AZ

4 ayda Azərbaycana 22 ölkədən 27 tona yaxın qızıl idxal edilib Siyahı

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 2 milyard 527 milyon 305.1 min ABŞ dolları dəyərində 26 min 929.56 kiloqram qızıl idxal edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 93 min 848.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 4 ayında Azərbaycanda qızıl istehsalı 1026.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 95 milyon 426 min ABŞ dolları dəyərində 1308.6 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 72 min 921 ABŞ dolları təşkil edib.

Aşağıdakı cədvəldə bu ilin ilk 4 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:

Ölkələr

Qızılın həcmi, kq

Qızılın dəyəri, min ABŞ dolları

Rusiya

4752,95

439260,21

Avstraliya

3703,7

325167,98

Amerika Birləşmiş Ştatları

2959,99

298858,96

Böyük Britaniya

2694,33

248928,16

Meksika

2107,72

185463,97

Kanada

1375,07

129773,39

İsveçrə

1131,09

108907,76

Çin

1173,72

108207,58

Cənubi Afrika Respublikası

1004,78

106014,35

Qazaxıstan

983,06

98340,62

Türkiyə

1072,39

97870,33

Özbəkistan

951,3

95319,85

Braziliya

1021,46

95318,81

Almaniya

1012,1

90445,28

İspaniya

502,32

52884,17

Çinin xüsusi inzibati rayonu Honkonq

184,29

16723,14

Filippin

127,31

12773,16

İtaliya

71,95

7199,62

Qırğızıstan

36,85

3938,04

Yaponiya

37,88

3552,22

Rumıniya

13,12

1224,06

Zimbabve

12,2

1133,44

Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
apa.az

6Mənbələr