ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
“Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub. Tədbirin keçirilməsinin əsas səbəblərindən biri 2025-ci ilin aprel ayında hüquqları pozulmuş şəxslərlə bağlı məsələlərin geniş şəkildə müzakirə olunmasıdır”.
APA xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq” adlı tədbirdə deyib.
Aparat rəhbəri qeyd edib ki, bu dəyişikliklər zamanın tələbidir və Azərbaycan qarşısında duran bir sıra konsensuslara cavab verir:
“Media haqqında qanunun təsdiqindən sonra bu sahə yeni bir mərhələyə qədəm qoyub. Qanunun qəbul olunmasının əsas məqsədi hüquqi bazanın yenilənməsi və müasir tələblərə cavab verən media mühitinin formalaşdırılmasıdır. Eyni zamanda, bu qanun dezinformasiya və saxta xəbərlərlə mübarizə məsələlərini də əhatə edir.
Əlilliyi olan şəxslərin mediada qorunması isə əsas hüquqlardan biridir. Bu, sağlam və demokratik cəmiyyətin yaranmasına xidmət edir. Belə şəxslərin hüquqlarının müdafiəsi, ümumilikdə insan hüquqlarının müdafiəsi deməkdir. Əlilliyi olan şəxslərə informasiya bərabər və düzgün şəkildə çatdırılmalıdır. Onlar üçün əlçatan informasiya – məlumatın düzgün, aydın və başa düşülən şəkildə təqdim olunması deməkdir” , - deyə o bildirib.
Gülcahan İmanqızı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.