AZ

“Özünü qoru, narkotikə hədəf olma!” şüarı elektron informasiya terminallarında nümayiş etdirilir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 17 iyun, AZƏRTAC

“Özünü qoru, narkotikə hədəf olma!” adlı şüar elektron informasiya terminallarında nümayiş olunur.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupu və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin birgə əməkdaşlığı çərçivəsində nümayiş olunan şüar 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin təsirliyini artırmaq məqsədi ilə həyata keçirilib. Şüar iyunun 16-dan etibarən 15 gün müddətində Bakı şəhərinin 16 küçə və prospektində mövcud olan elektron informasiya terminallarında nümayiş ediləcək.

Birgə əməkdaşlıq çərçivəsində görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
azertag.az

1Mənbələr