AZ

BMT: Dünyanın qaynar nöqtələrində aclıq böhranı daha da dərinləşəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Ümumdünya Ərzaq Proqramı (WFP) və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən iyunun 16-da açıqlanan yeni hesabatda dünyanın qaynar nöqtələrində aclıq böhranının daha kəskin hal alacağı barədə xəbərdarlıq edilib.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, hesabata görə, Sudanda qarşıdurma başlayandan bəri bir milyondan çox insan 12,4 milyon insanı didərgin salan və Sudan əhalisinin yarıdan çoxunu ərzaq çatışmazlığına sürükləyən şiddətli zorakılıqdan qaçaraq qonşu Cənubi Sudana sığınıb. Ancaq burada aclıq fəlakəti daha da kəskinləşib. Dünyanın cənubda yerləşən ən gənc ölkəsində əhalinin 57 faizindən çoxu artıq kəskin qida çatışmazlığı ilə üzləşib. Sudan və Cənubi Sudan daha da pisləşən münaqişələr, iqlim şokları və iqtisadi tənəzzül dövrəsində sıxışan “ən çox narahatlıq doğuran” beş qlobal qaynar nöqtələrdən biridir.

Sudanda davam edən döyüşlər, cənub qonşusuna təsir edəcəyi gözlənilən daşqın və hər iki ölkədə iqtisadi vəziyyətin pisləşməsi yaxın aylarda aclığı daha da gücləndirəcək.

Hesabatda Fələstin, Mali və Haiti digər prioritet aclıq nöqtələri kimi göstərilib və növbəti beş ay ərzində daha 7 ölkənin ərzaq təhlükəsizliyinin pisləşəcəyi ehtimalı yer alıb. Ərzaq təhlükəsizliyinin təbiətini proqnozlaşdırmaq üçün mövcud məlumatları təhlil edən ekspertlə bildiriblər ki, təcili humanitar yardım olmasa, bu qaynar nöqtələrdə yaşayan insanlar ağır qida şəraiti, yüksək aclıq və ölüm riskləri ilə üzləşə bilərlər.

FAO-nun baş direktoru Qu Donqyu bildirib: “Yeni hesabat çox aydın şəkildə göstərir: artıq aclıq fəlakəti uzaq təhlükə deyil. Bu, milyonlarla insan üçün gündəlik fövqəladə haldır. Biz indi hərəkətə keçməli, insanların həyatını xilas etmək və dolanışıq vasitələrini qorumaq üçün birlikdə fəaliyyət göstərməliyik”.

Hesabatda aclığın əsas səbəbinin iqlim və iqtisadi sarsıntılarla müşayiət olunan münaqişələr olduğu müəyyən edilib. Qəzzada 2,1 milyonluq əhalinin uzun sürən hərbi əməliyyatlar nəticəsində növbəti aylarda ərzaq təhlükəsizliyi böhranı yaşayacağı, təxminən 500 min nəfərin isə fəlakətli aclıq ilə üzləşəcəyi proqnozlaşdırılır.

BMT-nin strukturları onu da qeyd ediblər ki, iqlim sarsıntıları və münaqişələr çox vaxt uzunmüddətli iqtisadi tənəzzülə səbəb olur, ev təsərrüfatlarının və icmaların alıcılıq qabiliyyətini, onların özünü təmin etmək imkanlarını azaldır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr