AZ

“Netanyahunun Cənubi Azərbaycanla bağlı mövqeyi ürəkaçan deyil Güneyli hüquq müdafiəçisi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Globalinfo.az İran–İsrail müharibəsində son proseslərlə bağlı Güney Azərbaycandan olan hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri, ANT televiziyasının qurucusu Saleh Kamranidən müsahibə alıb.

Müsahibəni təqdim edirik:

– İranın Urmiya, Mahamad, Qoşaçay və Sulduz şəhərlərindən Türkiyənin Hakkari sərhədinə doğru köç olduğu barədə sosial şəbəkədə görüntülər yayılıb, bu məlumat doğrudurmu?

– Bəzi xəbərlər var ki, bir sıra insanlar Türkiyəyə doğru getməyə başlayıb. Bu, doğru ola bilər.

– Ötən gün İranda İsrailin MOSSAD kəşfiyyat agentliyinə casusluq etməkdə ittiham olunan şəxslər edam edilib. “Mizan” xəbər agentliyinin məlumatına görə, onlardan biri – məhkum İsmayıl Fekri 2023-2024-cü ilin qışında İranla bağlı məxfi məlumatları ötürdüyünə görə saxlanılıb. Onun iki İsrail kəşfiyyatçısı ilə əlaqə saxladığı və onlardan tapşırıqlar aldığı iddia edilir. Bəziləri bu şəxslərin güneyli fəallar olması və İran rejiminin fürsətdən yararlanaraq onları edam etdiyini iddia edir. Bu haqda nə deyə bilərsiniz?

– Bu gün edam olunan şəxs bizim milli fəallardan deyil. Bu şəxslər Güney azərbaycanlı ola bilərlər, ancaq qətiyyən milli fəal və milli hərəkatdan deyillər.

Həmçinin oxuyun:

Yaxın Şərq qan gölünə çevrildi – Azərbaycanın seçimi nə olacaq?

Saleh Kamrani

– İran Ali rəhbəri Əli Xameneinin nüvə danışıqlarına razılaşmayıb bunkerdə gizləndiyi deyilir. Həmçinin məlumata görə, onun yaxın ətrafı Rusiya ilə danışıqlar apararaq son durumda sığınacaq istəyir. Sizcə, İran–İsrail savaşı nə ilə nəticələnəcək? İran danışıqlara gedəcəkmi, yoxsa rejim özü dəyişəcək?

– İran bu günə qədər nüvə silahı istehsalı üzrə fəaliyyətin durdurulmasını qəbul etməyib. İran xarici işlər naziri deyib ki, İsrail savaşı dayandırsa biz də dayandıracağıq. Putinin savaşı durdurmaqla bağlı Trampla telefon danışığı olub. Amma İran rejiminin indiyədək mövqeyində hər hansı dəyişiklik görünmür.

Bu mövqenin dəyişməsi ABŞ-ın atacağı addımlardan asılı olacaq. ABŞ İsrailin yanında müharibəyə qoşularsa vəziyyət İranın əleyhinə ciddi şəkildə dəyişəcək və nüvə zənginləşdirməsi məsələsi də mənasız olacaq. Yox, əgər ABŞ müdaxilə etməzsə savaş davam edəcək. Görünən odur ki, nə İran, nə də İsrail müharibəni genişləndirməkdə maraqlı deyillər. Ancaq İsrail istəyir ki, müharibə uzansın və rejimi daha çox zəiflətsin. İran isə savaşın nə genişlənməsini, nə də uzanmasını istəyir. Hazırda isə savaşın dayandırılması mümkün deyil.

– Sizcə, İran elitasında Xameneinin yerini bilən varmı?

– Xameneinin harada olduğu məlum deyil. Onun mesajları naməlum yerlərdən yayılır. Biz düşünmürük ki, İsrail İran rejiminin dəyişdirilməsində ciddidir. Netanyahu bəzən mesajlar verir və bu, türklərlə bağlı müsbət mesajlar deyil. Məsələn, Kiri tərifləyir və ya farslarla yəhudilərin dostluğundan danışır. Yəni türk milləti ilə bağlı hər hansı bir müsbət mesaj yoxdur. Əgər rejim dəyişikliyinə gedərlərsə İsrailin bununla bağlı mövqeyi bizim maraqlarımızı təmin etmir. Bu o demək deyil ki, biz rejimin dəyişməsini istəmirik. Biz rejimin dəyişməsini istəyirik, amma İsrailin də azərbaycanlıların və türklərin yanında olduğunu düşünmürük və buna inanmırıq.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
globalinfo.az

1Mənbələr