AZ

İranda vurulması ən çətin hədəf: Onu məhv edəcək silah yalnız ABŞ-dədir

BAKI, 17 iyun. TELEQRAF

İranın ən möhkəm nüvə obyekti Fordo onu hücumdan qorumaq üçün dağın dərinliklərində tikilib. Yalnız ABŞ ordusu onu məhv edə biləcək bombaya malikdir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazır.

ABŞ nəşri bildirir ki, Fordo İranın ən güclü şəkildə möhkəmləndirilmiş yeraltı nüvə obyektidir. Obyekt uranın zənginləşdirilməsində əsas rol oynayır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) son hesabatına görə, burada nüvə silahı əldə edilə biləcək həddə (90 faiz) uran zənginləşdirilə bilər.

“Yalnız ABŞ-də Fordou vura bilən bomba var, söhbət 13, 000 kiloqramlıq GBU-57-dən (MOP) gedir. Bu bombaları yalnız B-2 strateji bombardmançıları daşıya bilir. İsrailin belə bir silahı yoxdur və onu almaq üçün ABŞ-dən icazə almayıb”, - məqalədə deyilir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri general Cozef Votel nəşrə deyib: “Bu bombaları İsrailə verməmişik, çünki onlardan istifadə etmələrini istəmirik”.

Hərbi rəsmilər hesab edirlər ki, İsrail Fordo ətrafındakı dəstək obyektlərinə - elektrik stansiyalarına, infrastruktura, obyektin girişlərinə zərər verə bilər. İsraildə həmçinin xüsusi təyinatlıların içəridə partlayıcı yerləşdirmək imkanı müzakirə olunur.

General Kennet Makkenzi Fordonun çox çətin hədəf hesab edir.

Fordo üçün nəzərdə tutulan planlardan biri xüsusi təyinatlıların içəri sızmasını və obyektin içəridən partladılmasını nəzərdə tutur. Amma belə bir missiya riskli sayılır.

Seçilən
4
1
teleqraf.com

2Mənbələr