Olaylar.az xəbər verir ki, bu barədə "CBS News" telekanalının jurnalisti Cennifer Yakobs sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edilir ki, Tramp eyni zamanda, Tehranın Amerikanın Yaxın Şərqdəki hərbi bazalara hücum etmək qərarına gələcəyi təqdirdə Birləşmiş Ştatların İrana sərt şəkildə cavab verəcəyini bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.