AZ

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzanın səbəbləri açıqlanıb

Oğuz-Qəbələ-Bakı magistral su kəmərində baş verən qəzanın səbəbləri açıqlanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən deyilir ki, bu cür qaza hallarında təmir-bərpa prosesində əsas vaxt texniki təmir işlərinə deyil, boru kəmərinin tam su ilə boşaldılması və sonradan təzyiqə uyğun şəkildə yenidən doldurulması mərhələlərinə sərf olunur.

“Bu proseslərin hər biri təxminən 24 saatdan artıq vaxt aparır. Ona görə də ciddi nəzarət və təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir. Qəza zamanı bu kəmərlə qidalanan ünvanların su təchizatı gün ərzində alternativ mənbələr hesabına, fasilələrlə təmin olunur. Hazırda qəzanın aradan qaldırılması istiqamətində qəza briqadası tərəfindən operativ və müntəzəm işlər davam etdirilir”, - deyə məlumatda deyilir.

Məlumatda qeyd edilib ki, su kəməri şüşə lifli (GRP) borularla inşa olunub: “Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır. Lakin GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslığa malikdir və istismar zamanı hidravlik gərginliklər və ya mexaniki təsirlər nəticəsində lokal qəzalar baş verə bilər”.

Seçilən
4
20
aznews.az

10Mənbələr