Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
"İnstagram" istifadəçilərə paylaşımları birbaşa ana lentdə (Feed) yenidən paylaşmağa imkan verən funksiyanı test edir. Valyuta.az xəbər verir ki, hazırda istifadəçilər başqasının paylaşımını yalnız "Story"də bölüşə bilirlər. Yeni funksiyaya görə isə həm öz, həm də başqalarının paylaşımlarını lentdə yenidən paylaşmaq mümkün olacaq.Bu yenilik artıq bəzi istifadəçilərin hesablarında görünüb. Əgər funksiya rəsmi şəkildə təqdim olunarsa, istifadəçilər əlavə proqram və ya qeyri-rəsmi üsullara ehtiyac duymayacaqlar.Qeyd olunur ki, yenidən paylaşma (repost) funksiyası yaradıcılar üçün də faydalı ola bilər. Onların paylaşdıqları məzmun daha geniş auditoriyaya çata və müəllif olaraq tanına bilərlər.Hələlik bu funksiyanın hamı üçün nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.