Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
13 iyun 2025-ci il tarixində Xəzər Universitetinin ev sahibliyində Birinci Dünya Müharibəsində Azərbaycanda Osmanlı Əsirləri (Nargin və Azərbaycan Cəmiyyətinin Əsirlərə Yardımları ) adlı, Gürcüstan, Türkiyə, Azərbaycan və Rusiyanın arxivlərinin mövzuyla bağlı tədqiq edilməsini ehtiva edən layihə çərçivəsində beynəlxalq elmi konfrans və nadir arxiv sənədləri, fotolardan ibarət sərgi keçirildi. Tarix və arxeologiya departamenti ilə yanaşı TİKA və Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun birgə təşkilatçılığında həyata keçirilən tədbirdə bir çox tanınmış mütəxəssis və tədqiqatçı öz məruzələri ilə çıxış etdi.
Mərmər zalda baş tutan tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, daha sonra konfransın plenar iclasına keçilmişdir. Açılışda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Prof. Hamlet İsaxanlı, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, TİKA sədr müavini Dr. Ümit Naci Yorulmaz və layihənin əlaqələndiricisi, Türkiyə Məzunu İş Adamları və Ziyalılar Platformunun rəhbəri Dos. Telman Nüsrətoğlu çıxış edərək, həm layihənin əhəmiyyətini vurğulamış, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın tarixi əsaslarını dilə gətirmişlərdir. Bundan əlavə musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi altında Məhsəti Cabbarova və Xəzər Universitetinin kamera orkestri tərəfindən Çanaqqala və Yəmən türküləri ifa edilmişdir. Plenar iclasın sonunda isə arxivlərdən əldə edilən tarixi kadrları ehtiva edən videoçarx nümayiş etdirilmişdir. Konfrans müddətincə Azərbaycan, Türkiyə və Gürcüstan arxivlərindən əldə edilmiş çox sayda arxiv sənədi və dövrə aid şəkillərdən ibarət foto-sərgi də qonaqlara təqdim edilmişdir.
Ümumilikdə beş paneldən ibarət olan konfransın elmi iclaslarında mövzunun ən mühüm tədqiqatçılarından olan Atatürk Universitetinin müəllimi Prof.Dr. Betül Arslan, TİKA başkan yardımcısı Dr. Ümit Naci Yorulmaz, Azərbaycan Türk Ocağı Başkanı Dr. Akif Aşırlı , məhşur ürək cərrahı , Sarıqamış Cəmiyyətinin sədri Prof.Dr. Bingür Sönməz. Dumlıpınar Universitetinin rektoru Prof.Dr.Süleyman Kızıltoprak, Mərmərə Universiteti Türkiyyat Araştırmaları İnstitutu müdiri Prof.Dr. Okan Yeşilot, Azərbaycan İdarəçilik Akademiyasının kafedra müdiri dos.Firdovsiyyə Əhmədova, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Prof.Dr. Xəqani Məmmədobv, Mərmərə Universitetinin müəllimi dos. Mehdi Gəncəli, Karabük Universitetinin müəllimi Prof.Dr. Ali Asker, BDU- nun müəllimi dos.Boran Əziz, Xəzər Universitetinin kafedra müdiri dos. Telman Nüsrətoğlu, Qaziantəp Universitetinin dosenti Sadık Çətin, Sağlık Bilimləri Universitetinin dosenti Resul Kösə, Xəzər Universitetinin müəllimləri Dr. Söhrab Mustafayev, Dr.Ramin Fətullayev, Ceyran Məmmədova və diyər tarixçilər tərəfindən Azərbaycan cəmiyyətinin əsirlərə yardımlarının müxtəlif istiqamətləri ,əsirlərin Nargindəki həyatı , milli komitə, cəmiyyətlər və qəzetlərin əsirlər, möhtaçlarla bağlı yardım fəaliyyətləri müxtəlif panellərdə geniş şəkildə işıqlandırılmışdır. Azərbaycan, Türkiyə və Rusiyadan gələn mütəxəsislər məsələnin tarixi, milli, hüquqi və insani tərəflərini geniş şəkildə mütaliə və izah etmişlərdir. Hər panelin sonunda çıxışçılara və tədbirdə könüllü olaraq fəaliyyət göstərən tələbələrə sertifikatlar verilmişdir. Konfransa aid tezislər və proqram öncədən çap edilmiş və gələn qonaqlara təqdim edilmişdir. Bundan başqa bu mühüm tarixi dövrü unutmamaq, Azərbaycan- Türkiyə qardaşlığının dərin tarixi təməllərini yaddaşlarda daima diri tutmaq, onların xatirələrini əbədiləşdirmək üçün irəli sürülən aşağıdakı təkliflər konfrans iştirakçıları tərəfindən dəstəklənmişdir:
7 may “Qardaş köməyi günü”nün Türkiyə və Azərbaycan türklərinin qardaşlıq və həmrəylik günü kimi qəbul edilməsi və hər il 7 mayda tədbirlərin keçirilməsiTarixi İsmailiyyə binasının Türk dünyası mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün müvafiq orqanlara təklif verilsin.Azərbaycan və Türkiyə dövlətçiliyi, müstəqilliyi üçün çalışan Nargin adasında həyatını itirənlər üçün sahildə bir xatirə lövhəsi qoyulsun.Hacı Zeynəlabidin Tağıyev, Ömər Faiq Nemanzadə, Dr. Hüsrev bəy Sultanov, Əhməd Cavad kimi şəxslərin adlarının Türkiyədə müxtəlif yerlərə verilməsi və bu şəxslərin tanıdılmasının təmin edilməsi üçün tədbirlər keçirilməsi.Medyada türk xalqları ilə bağlı çox sayda xəbərin hazırlanması və qardaş dövlət xalqlarının bir-birini daha yaxından tanıması üçün çalışmalar aparılması. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.