AZ

18 21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 6 cı dəfə Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Dörd gün ərzində qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Bizimyol.info xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini və yerli məhsulları geniş kütləyə tanıtmaq, onların yeni bazarlara çıxışını təşviq etmək, şirkətlər arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Sərgi təkcə yerli məhsulların nümayişi üçün deyil, həm də Azərbaycan məhsullarının ixracına, xarici tərəfdaşlarla əlaqlərin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiasiyaları dəvət olunub.

Sahibkarların müraciətləri və ziyarətçilərin marağı nəzərə alınaraq bu il sərgi dörd gün davam edəcək. Sərginin başqa bir fərqi, bu il ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə "B2B" formatlı görüşlərinin təşkil olunmasıdır. Bu, mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılması məqsədilə edilib.

Sərgi ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamətdə ödənişsiz avtobus marşrutu (“Koroğlu” metro stansiyasından (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı)) xidmət göstərəcək. Ödənişsiz avtobusların üzərində “Yerli şirkətlərin tanıtım sərgisi” qeyd ediləcək.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi

Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası sərginin tərəfdaşları sırasındadır.

Baş sponsor: Məlhəm Beynəlxalq HospitalSponsor: DayunB2B Zona sponsoru: N-AdvertTəşkilati dəstək: Construction Business GroupPromo tərəfdaş: Moon GroupMedia Tərəfdaşı: Global Media Group, BHB Strategic and Creative COKönüllü dəstəyi: UNEC, Tələbə Həmkarlar İttifaqı Komitəsi Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
5
bizimyol.info

6Mənbələr