AZ

Minlərlə fizioterapevt aşağı maaş və artan iş yükünə görə işini tərk edir

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hollandiya Fizioterapevtlər Həmkarlar İttifaqı (FDV)-nin yeni məlumatlarına görə, bir il ərzində təxminən 3000 fizioterapevt işini tərk edib. Bundan əlavə, hazırda təcrübə keçən fizioterapevtlərin təxminən 70 faizi gələcəkdə bu peşəni tərk etməyi düşündüklərini bildirirlər.

Redaktor.az Het Parool qəzetinə istinadən xəbər verir ki, bu vəziyyət xüsusilə Frislandiya, Zellandiya və Limburg bölgələrində ciddi çatışmazlıqlara səbəb olub. Sözügedən ərazilərdə xəstələr böyük və ya uşaq fizioterapiyası üçün uzun gözləmə müddətləri ilə qarşılaşırlar.

FHİ tərəfindən 1000-dən çox terapevt arasında aparılan sorğu göstərir ki, son bir il ərzində peşəyə yeni başlayan 600-dən çox fizioterapevt sahəni artıq tərk edib. İşdən ayrılanların əksəriyyətini on ildən az təcrübəsi olan gənc mütəxəssislər təşkil edir.

Sorğuda iştirak edən fizioterapevtlər aşağı əməkhaqqı, həddindən artıq iş yükü və ödənilməmiş iş saatları kimi səbəbləri əsas gətirərək, maaşlarının onların ali təhsil səviyyələrinə uyğun olmadığını vurğulayıblar. Fizioterapevtlər Həmkarlar İttifaqının sədri Bob van Ravensberg bildirib ki, “Son illərdə iş şəraiti əhəmiyyətli dərəcədə pisləşib. Həftəlik ərzaq və ya ipoteka ödəyə bilməyən fizioterapevtlərdən ürək ağrıdan məktublar alırıq”.

Fizioterapevtlər uzun müddətdir aşağı müalicə tariflərindən şikayət edirlər. Hal-hazırda bir seans (təxminən 30 dəqiqə) üçün təxminən 35 avro qazandıqlarını bildirən terapevtlər, Hollandiya Səhiyyə Təşkilatı (NZa)-nı minimum ödəniş təyin etməyə çağırırlar.

Bu çağırışlara cavab olaraq, Tvidi Kamer məsələ ilə bağlı hərəkətə keçmək üçün bir təklif qəbul edib. Səhiyyə, Rifah və İdman Nazirliyi (VWS) isə Səhiyyə Nazirliyiyindən bu problemi araşdırmağı və mümkün həll yollarını təqdim etməyi xahiş edib.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
redaktor.az

3Mənbələr