AZ

Dünən bank hesablarından pul oğurlanıb

Finss.az - İyunun 16-da bir neçə şəxsin bank hesablarından kiberhücum nəticəsində ümumilikdə 4,190 manat və 15 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Hadisədə 3,146, 900, 400, 318, 240, 70 manat və əlavə olaraq 15 dollar məbləğində pul vəsaiti qeyri-qanuni şəkildə ələ keçirilib.

DİN kiber təhlükəsizlik sahəsində vətəndaşları diqqətli olmağa çağırır və bir daha xatırladır ki, naməlum nömrələrdən gələn zənglərə və SMS-lərə cavab vermək, şübhəli linklərə daxil olmaq ciddi təhlükə mənbəyidir.

Vətəndaşlara tövsiyə olunur:

  • SMS, e-poçt və messencer vasitəsilə gələn şübhəli linklərə daxil olmayın;

  • Bank kartınızın nömrəsi, PIN kodu, CVV kodu və OTP (birdəfəlik şifrə) kimi məlumatları heç vaxt paylaşmayın;

  • Özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərə etibar etməyin və şəxsi məlumatlarınızı verməyin.

Kiber cinayətkarlara qarşı mübarizədə diqqətli olmaq, şəxsi və maliyyə məlumatlarını qorumaq hər bir vətəndaşın vəzifəsidir.

Seçilən
3
fins.az

1Mənbələr