AZ

IEA Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanda 2025-2030-cu illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.

Banco.az bu barədə qurumun "Oil 2025: Analysis and forecast to 2030" hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu il bu göstərici 590 min barel təşkil edəcək.

Proqnoza görə, Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı 2026-cı ildə 620 min barel, 2027-ci ildə 600 min barel, 2028-cü ildə 580 min barel, 2029-cü ildə 560 min barel, 2030-cü ildə isə 550 min barel təşkil edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
6
1
banco.az

5Mənbələr