AZ

İngiltərəni Konfrans Liqasında təmsil etmiş məşqçi "İmişli"ni çalışdıra bilər - AÇIQLAMA

Növbəti mövsüm Premyer Liqada debüt edəcək "İmişli" klubu baş məşqçi təyinatını reallaşdırmaq üzrədir. Aran təmsilçisinin bu həftə yekun qərarını açıqlayacağı gözlənilir.

Klubun icraçı direktoru Aqşin Mürsəlov Fanat.Az-a verdiyi açıqlamada danışıq apardıqları mütəxəssislərlə bağlı bilgi verib:

"Bildirdiyiniz məşqiçi ilə (Kriştianu Souza) danişıq aparmamışıq. Danişıq apardıqlarımız başqa mütəxəssislərdi. Onların içində portuqaliyalı, türkiyəli, ingiltərəli və yerli 2 məşqçi var. İngiltərədən olan məşqçi Konfras Liqasinda çıxış edən klubda çalışıb. Danişıq apardığımız bütün məşqiçilər PRO kateqoriyalı mütəxəssislərdir. Yeri gəlmişkən, öz məşqçimiz Fərid Namazov hazirda PRO kateqoriyasını oxuyur. 
İdarə heyəti iyunun 20-dən sonra görüşəcək və o zaman yekun qərar veriləcək".

Klub funksioneri stadionla bağlı son durum barədə belə danışıb: 
 
"Stadionla bağlı dəqiq bir söz yoxdur. AFFA-nın stadionun hüquqi məsələləri ilə bağlı bizə dəstək göstərməsini gözləyirik. Sağ olsunlar, dəstək olacaqlarini bildiriblər. Biz İmişlini təmsil edirik və məqsədimiz ev oyunlarını öz doğma stadionumuzda keçirməkdir. Müvəqqəti olaraq rəqibləri başqa stadionlarda qəbul etmək ehtimalı var. Nəzərə alsaq ki, bu, müvəqqəti xarakter daşıyacaq, digər klublar kimi bizim də bundan istifadə etmək hüququmuzun olduğunu düşünürük".

Mirağa

Seçilən
11
1
fanat.az

2Mənbələr