AZ

Aİ və ABŞ ticarət sazişi üzərində işi sürətləndirəcək

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampla ticarət məsələlərini müzakirə etdiklərini və tariflərlə bağlı razılığa gəlmək üçün komandalara işləri sürətləndirməyi tapşırdıqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, Kanadada keçirilən G7 Liderlər Sammitində ABŞ prezidenti Trampla görüşündən sonra sosial media hesabında paylaşım edib.

Sammitin tərəfdaşlar arasında yaxşı və dərin söhbətlər üçün fürsət yaratdığını qeyd edən Fon der Leyen bildirib:

“Prezident Trampla Ukraynadan tutmuş, ticarətə qədər olan bütün kritik məsələləri müzakirə etdim. Biz komandalara ticarətlə bağlı yaxşı və ədalətli razılaşma əldə etmək üçün işləri sürətləndirməyi tapşırmışıq”.

Seçilən
6
3
operativmm.az

4Mənbələr