ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, “Truth Social” sosial şəbəkəsində belə paylaşım edən ABŞ prezidenti, əslində bu yolla Kaliforniya qubernatoru Qevin Nyusoma yaxşılıq etdiyini bildirib. Tramp, həmçinin Nyusomu ABŞ tarixinidə ən pis qubernatorlarından biri adlandırıb. Xatırladaq ki, iyunun 6-da Los-Ancelesin ətrafındakı Paramaunt şəhərciyində immiqrantlara qarşı reydlərdən sonra küçə iğtişaşları yaşandı. Paramaunt sakinlərinin 80%-i Latın Amerikasından olduğuan görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) hərəkətləri iğtişaşların artmasına şərtləndirdi.
Los-Ancelesdə iğtişaşlar qızışıb - VİDEO
Bundan sonra Donald Tramp 1965-ci ildən bəri ilk dəfə yerli hakimiyyət orqanlarının tələbi olmadan 2000 Milli Qvardiya əsgərinin şəhərə yeridilməsini əmr edib. Kaliforniya rəhbərliyi isə prezidentin qərarını pisləyiblər. ABŞ-nin Müdafiə naziri Pit Heqsetə göndərdiyi məktubda “böyük eskalasiya” riski ehtimalına toxunana ştatın demokrat qubernatoru Qevin Nyusom, qvardiyanın yerləşdirilməsi qərarını ləğv etməyin zəruri olduğunu bildirdi. Daha sonra o, Trampı məhkəməyə verməyi planlaşdırdığını açıqladı. Bunun qarşılığında Pit Heqset, növbəti iğtişaşlar baş verəcəyi halda, ora hətta dəniz piyadalarının göndərilə biləcəyi ehtimalını da gündəmə gətirdi. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.