AZ

OPEC+ ölkələri mayda plandan 1,17 milyon barel artıq neft hasil edib

BAKI, 17 iyun. TELEQRAF

Neft hasilatının azaldılması sazişində iştirak edən OPEC+ ölkələri 2025-ci ilin mayında hasilatı sutkada 140 min barel artırıb. Könüllü məhdudiyyətlər və kompensasiyalar nəzərə alınmaqla plan sutkada 1,17 milyon bareli üstələyib.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin iyun hesabatında deyilir.

Qeyd edilir ki, könüllü azalmalar və artıq hasilata görə kompensasiyalar nəzərə alınmaqla, saziş çərçivəsində OPEC+ ölkələrinin hasilat səviyyəsi mayda 34,03 milyon barel olub, faktiki hasilat isə 35,2 milyon barel/gün olub.

BEA-nın məlumatına görə, mayda plandan artıq hasilat Qazaxıstanda (plandan 470 min barel çox), BƏƏ (plandan 350 min barel çox), İraqda (plandan 280 min barel çox), Küveytdə (plandan 190 min barel çox) və Rusiyada (plandan 170 min barel çox) qeydə alınıb.

OPEC+ sazişi hazırda 2025 və 2026-cı illər üçün müəyyən edilmiş neft hasilatı kvotaları, eləcə də alyansın yalnız səkkiz ölkəsinin, o cümlədən ən böyük hasilatçıların - Rusiya və Səudiyyə Ərəbistanının riayət etdiyi könüllü azalmalar çərçivəsində fəaliyyət göstərir.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr