AZ

Samirə ilk dəfə sevgilisindən danışdı

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Avroviziya" təmsilçimiz Samirə Əfəndi sevgi həyatından ilk dəfə bəhs edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu haqda "Pərvizə görə" proqramında söz açan müğənni xoşbəxt olduğunu bildirib:

"Çox gənc yaşda ailə qurmaq istəyim olub, yaxşı ki, alınmayıb. Evdəkilər fikrimdən döndəriblər. Amma indi aşiqəm. Əlbəttə, qarşılıqlıdır. Qadınlar gözəl, xoşbəxt olmağa layiqdirlər.

Hamısı öz işində, həyatında, ailəsində çox xoşbəxt olsunlar. Özümü güclü qadın kimi hiss edirəm, güclüyəm. Hər qadının da özəlliyi onun zərif görünüb, güclü olmağındadır. Həm xoşbəxt, həm də güclüyəm".

Samirə həmçinin gələcəkdə necə ana olacağından da söz açıb:

"Özümü rəngli, çılğın bir ana kimi görürəm. Hansısa yaşıma qədər bilmədiyim şeylərin övladımda olmasını istərdim. İndi onları dərk edirəm, amma istərdim ki, gənclik illərində çox inanmasın, etibar etməsin, hər şeyi çəhrayı eynəklə görməsin. Bilirəm ki, məndən olan uşaq çox ağıllı olacaq".

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
cebheinfo.az

5Mənbələr