AZ

Tibb üzrə qəbulda ən yüksək və ən aşağı BALLAR

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna qəbul olan namizədlərin qəbul imtahanında topladıqları balların orta qiymətləri (həmin tibb müəssisələrinə qəbul olanları təmsil edən ortastatistik namizədin qəbul imtahanında topladığı bal) ən yüksəkdir. Bu klinik bazaya qəbul olan ortastatistik namizədin balı 74.400-ə bərabər olub.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Nisbətən zəif hazırlıqlı namizədlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə qəbul olublar (ortastatistik namizədin qəbul imtahanında topladığı balı 51.071-ə bərabər olub).

Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsində (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemi üçün) plan yerlərinin hamısı, Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsində (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üçün) 13 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 86.67%-i), Naxçıvan Dövlət Universitetində 54 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 62.79%-i), Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti üçün) 1 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 100.00%-i), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 3 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 50.00%-i), Azərbaycan Tibb Universiteti Hərbi tibb fakültəsində (Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti üçün) 2 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 27.27%-i), Elmi-Patoloji Anatomiya Birliyində 1 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 25.00%-i), Məhkəmə Tibbi Ekspertiza və adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 2 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 4.00%-i), Azərbaycan Tibb Universitetində 2 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 6.67%-i), Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 8 yer (bu təhsil müəssisəsi üçün ayrılmış plan yerlərinin 3.16%-i) boş qalıb. Digər klinik bazalar üçün ayrılan plan yerləri tam dolub.

Seçilən
9
azedu.az

1Mənbələr