ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələri Natanzdakı nüvə obyektinə hədəflənmiş İsrailin pilotsuz uçuş aparatını (PUA) İsfahan vilayətinin Kaşan şəhəri üzərində vurub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Əkbər Salehi məlumat verib.
"Pilotsuz uçuş aparatı bu gün səhər saatlarında SEPAH-ın Hava-Kosmik Qüvvələrinin “Sevom-e Khordad” zenit-raket kompleksi tərəfindən zərərsizləşdirilib", - ISNA agentliyi Ə.Salehidən sitat gətirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.