AZ

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə başladı

Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın “Xəzər küləyi – 2025” birgə hərbi təlimləri başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, birgə təlimlər “dəniz iqtisadi fəaliyyəti obyektlərinin, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına” yönəlib.

Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov iştirak ediblər.

Seçilən
12
14
konkret.az

10Mənbələr