AZ

Azər Bağırov “Sabah”dan təklif alıb? özü açıqladı

ain.az, Idmanxeber.az saytına istinadən bildirir.

Vasili Berezutskinin “Sabah”dan ayrılmasının ardından rəhbərlik baş məşqçi axtarışlarını davam etdirir. Paytaxt təmsilçisi ən qısa vaxtda komandanı çalışdıracaq mütəxəssisin adını açıqlamaq niyyətindədir.

Artıq mətbuatda bir neçə məşqçinin adı çəkilir. Adı “Sabah”la hallanan mütəxəssislər içərisində həm əcnəbi, həm də yerli çalışdırıcılar var.

Onlardan biri də Azər Bağırovdur. İddiaya görə, “Sabah” rəhbərliyi “Kəpəz”dən ayrılan təcrübəli mütəxəssislə təmasa keçib. Onunla danışıq aparılsa da, tərəflər razılaşa bilməyib.

Məsələ ilə bağlı Bağırovla əlaqə saxladıq. O, İdmanxeber.az saytına verdiyi açıqlamada yayılan söz-söhbətlərə belə münasibət bildirdi:

“Heç bir klubdan təklif almamışam. Heç kimlə danışığım olmayıb. Mən də xəbərləri mətbuatdan oxuyuram. Yazılanlar həqiqətə uyğun deyil”.

Həsən Quluzadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
idmanxeber.az

3Mənbələr