AZ

Özəl taksi şirkətləri regionlarda niyə fəaliyyət göstərmir? - SƏBƏB MƏLUM OLDU...

Bildiyimiz kimi, regionlarda nəqliyyat problemi Azərbaycan üçün daim səciyyəvi problemlərdən biri olub.


Bakı üzrə bir neçə taksi şirkətinin fəaliyyət göstərdiyi bir dövrdə regionlarda taksi tapılmaması, bu fəaliyyətin yalnız yerli sakinlər üzərində qalması olduqca düşündürücü məsələdir.


Bəs nəyə görə taksi şirkətləri fəaliyyətin arealını nəyə görə genişləndirmir?


Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Referans”-a açıqlamasında bu haqda danışıb.




“Regionlarda taksilərin fəaliyyət göstərməməsinin əsas səbəbi insan amilidir. Bu ərazilərdə insan az olduğuna və bununla əlaqədar sifariş sayı az olduğuna görə özəl şirkətlər bura taksi fəaliyyətinin yayılmasında maraqlı deyillər. Bir çox kəndlərdə, qəsəbələrdə, ümumiyyətlə, biz taksilərin fəaliyyətini görə bilmərik. İkinci məsələ isə bundan ibarətdir ki, rayon mərkəzləri çox kiçik bir sahəni əhatə edir. Bu da təxminən 2-3 manat civarında ödəniş deməkdir və bu məbləğ də taksi şirkətlərinə nəinki cəlbedici, heç qənaətbəxş belə deyil. Arealı genişləndirmək yeni avtomobil və yanacaq xərci deməkdir. Buna görə də biz sahibkar gözü ilə nəzər salsaq, bunun sərfəli olmadığını açıq-aydın görə bilərik”.


Ekspert xüsusilə vurğulayıb ki, bu gün bölgələrdə taksi fəaliyyətindən daha çox marşrutla sərnişin daşımaya ehtiyac var. Səbəb isə regionlarda avtobus fəaliyyətinin də yox səviyyəsində olmasıdır.

 

Fidan Vəlisoy 

Seçilən
10
referans.az

1Mənbələr