Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Yevlax rayonunun Əkşəm kəndi yaxınlığında idarəetmədən çıxaraq aşan avtomobildə xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 16-sı, saat 18:00-da yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1989-cu il təvəllüdlü pasiyentə kəllə-beyin travması, alt çənənin kəsilmiş yarası diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.(oxu.az)
***16 iyun, 22:28
Yevlaxda idarəetmədən çıxan avtomobil yol kənarındakı yulğun kolluğuna düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Əkşəm kəndi yaxınlığında baş verib.
İdarəetmədən çıxan "Hyundai" markalı avtomobilin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü sürücü Vüsal Bəliyar oğlu Bəşirli ətrafdakıların köməyi ilə maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Kəllə-beyin travması, həmçinin çənə nayihəsindən kəsik xəsarəti alan yaralının müayinə və müalicəsi davam edir.
Mənbə: "Teleqraf"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.