ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Əsassız olaraq cərimələndiyini iddia edən sürücü saytımıza müraciət edərək problemini bildirib.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 22-də paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 77-BS-270 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobilin sürücüsü ona dayanma-durma qaydalarını pozmasıyla bağlı elektron cərimə tətbiq olunduğunu bildirib. Şikayətçi iddia edir ki, maşınını 5.14 nişanı ilə işarələnmiş taksi duracağı yerində saxlayıb. Lakin ertəsi gün ona qayda pozmasıyla bağlı cərimə protokolu gəlib.
Cəriməylə razılaşmayan sürücü Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsiylə müraciət etdiyini əlavə edib. Onun sözlərinə görə, idarə öncə onun şikayətinə müsbət reaksiya verib. Bildirilib ki, kameranın aspektindən nişan görünmədiyi üçün cərimə səhv yazılıb. Lakin bir müddət sonra (mayın 30-da) sürücüyə cərimənin doğru yazılmasıyla bağlı cavab gəlib.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.