AZ

Bakının bu ərazisində yoldan keçənlər TƏHLÜKƏ ALTINDADIR

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bayılda qəzalı vəziyyət yaradan ağacla bağlı müvafiq rəsmi qurum məlumatlandırılıb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən bildirilib.

"Səbail rayonu, Qurban Abbasov 48 ünvanında yerləşən və əsən intensiv güclü külək nəticəsində qəzalı vəziyyətə düşmüş ağac barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə rəsmi müraciət olunmuşdur", - məlumatda qeyd olunub,.

***10:21

Bakının Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində piyadalar üçün təhlükəli vəziyyət yaranıb. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, bir neçə gün əvvəl əsən güclü külək zamanı ərazidə yerləşən böyük ağaclardan biri hasarın üzərinə doğru əyilib. Nəticədə hasar qəzalı vəziyyətə düşüb. Bu da ərazidən keçənlərə potensiyal təhlükə sayılır. 

Sakinlər aiddiyyatı qurumlardan müvafiq tədbirin görülməsini xahiş edirlər. 

Sözügedən yerdən kadrları təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
baku.ws

3Mənbələr