AZ

Milli Məclisdə QDİƏT PA-nın komitə iclası keçirildi

Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komitəsinin əlavə iclası keçirilib.
 
Bu barədə Moderator.az-a parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Tədbirdə Milli Məclisin deputatları - QDİƏT PA-da nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev, Səbinə Salmanova, quruma üzv ölkələrin parlament nümayəndə heyətləri və digər şəxslər iştirak ediblər.
 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev iclasda diqqətə çatdırıb ki, tədbir “QDİƏT-ə üzv dövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusuna həsr olunub.
 
İclasda “QDİƏT-ə üzv dövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusunda hesabat layihəsinə baxılıb, eyni mövzuda tövsiyə qərarının layihəsi səsə qoyularaq qəbul edilib.
 
Tədbirdə QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev iştirak edib.
Seçilən
7
9
moderator.az

10Mənbələr