AZ

Klublararası dünya çempionatında sabiq "Qarabağ"lı da var

style='margin-bottom:10px;'>

ABŞ-da futbol üzrə klublar arasında keçirilən dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün D qrupunda da oyunlara start verilib. Braziliyanın "Flamenqo" komandası Tunis çempionu "Esparens"lə üz-üzə gəlib. Oyun Rio-De-Janeyro təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Corcian de Arraskaeta (17-ci dəq.) və Luis Araujo (70) vurub.

Qeyd edək ki, bu qış transfer pəncərəsi zamanı "Qarabağ"dan ayrılan Juninyo da çempionata sifariş olunub. O, ilk turun matçın iştirak ərizəsində olsa da, oyunu sonadək ehtiyat skamyadan izləyib.

Əlavə edək ki, bu qrupun digər matçında "Çelsi" (İngiltərə) ilə "Los Anceles" (ABŞ) qarşılaşacaq.
 

Seçilən
5
teleqraf.com

1Mənbələr