AZ

Avropa ABŞ-a söz verdi: Qızıla toxunmayacaq

Avropa Mərkəzi Bankı (AMB) ABŞ-da ehtiyatlarının saxlanması sisteminə inamını qoruyur və qızılın Nyu-Yorkdan çıxarılması imkanını nəzərdən keçirmir.

Publika.az xəbər verir ki, bunu "Reuters" agentliyinə bankın vitse-prezidenti Luis de Qindos deyib.

O, bu məsələdə sabitliyi qoruyacağına söz verib. Jurnalistin Avropanın başqa qitədə saxladığı qiymətli metalın bir hissəsinin geri qaytarılmasının məqsədəuyğun olub-olmaması ilə bağlı sualına cavab olaraq deyib ki, 2026-cı ildən Federal Ehtiyat Sisteminə kimin rəhbərlik etməsindən asılı olmayaraq, hazırkı yerin tam təhlükəsizliyinə şübhə etmir.

Luis de Qindos, Avropa qızıllarının amerikalılardan alınması ehtimalının belə müzakirə edilmədiyini bildirib.

O, AMB ehtiyatlarında qızılın payının artımını ilk növbədə qlobal mərkəzi bankların “geosiyasi risklər dövründə diversifikasiya vasitəsi kimi” istifadə etdiyi aktivin bazar dəyərinin artması ilə əlaqələndirib.

Seçilən
8
publika.az

1Mənbələr