AZ

Azərbaycanın mikromaliyyə modeli üzrə strateji çərçivə müzakirə edilib

Azərbaycanın mikromaliyyə modeli üzrə strateji çərçivə Beynəlxalq Mikromaliyyə Mərkəzinin Gürcüstanın paytaxtı Tbilisidə keçirdiyi 27-ci illik konfransda müzakirə edilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva beynəlxalq sosial maliyyə şəbəkəsinin tədbirində "Sürətlə dəyişən dünyada mikromaliyyə üçün sabit tənzimləyici çərçivənin təmin edilməsi" mövzusunda dəyirmi masaya qatılıb, AMB-nin hazırladığı “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə”in təqdimatını keçirib.

Təqdimatda ölkədə mikromaliyyə sektorunun mövcud vəziyyəti və inkişaf tendensiyaları barədə məlumatlar, həmçinin sektor iştirakçılarının potensialının və maliyyə xidmətlərinin çeşidinin artırılması üçün müəyyən edilmiş əsas prioritet istiqamətlər diqqətə çatdırılıb.

Seçilən
15
3
sia.az

4Mənbələr