AZ

XİN: Ermənistan vasitəsilə 110 Hindistan vətəndaşı təxliyə edilib - Yenilənib

“Report” Ermənistan mətbuatına istinadən xəbə verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Hindistan vətəndaşlarının təxliyəsi İran və İsrail arasındakı gərginlik fonunda həyata keçirilir.

***

Ermənistan və Hindistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Subramanyam Cayşankar hindistanlı tələbələrin təxliyəsi məsələsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində yazıb.

"Ermənistan və Hindistanın xarici işlər nazirləri hindistanlı tələbələrin İrandan Ermənistan ərazisi ilə təxliyəsi imkanını müzakirə ediblər. Ermənistan müvafiq yardım göstərib", - o bildirib.

“Hindustan Times” qəzeti Hindistan XİN-ə istinadən xəbər verib ki, Tehranda olan hindistanlı tələbələr şəhərdən çıxarılıb.

Poliqon.info

Seçilən
0
2
poliqon.info

5Mənbələr