AZ

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qarabağ” mövsümlərarası fasilə dönəminin ilk transferini həyata keçirməyə hazırlaşır.

Braziliyadan olan futbolçu dünən Bakıya gəlib.

O, bu gün tibbi müayinədən keçəcək. Sağlamlığında hansısa problem aşkarlanmasa, müqavilə bağlanacaq və ictimaiyyətə təqdim olunacaq.

Bizdə olan məlumat budur ki, sağ cinah müdafiəçisidir və ötən mövsümü Portuqaliyada çıxış edib. O, bu mövqedə Marko Veşoviçin boşluğunu doldurmalı olacaq.

Azərbaycan çempionu fasilə dönəmində dörd futbolçu ilə yollarını ayırıb. Marko Veşoviç, Patrik Andrade və Yassin Benzia ilə başa çatan müqavilələr yenilənməyib, İsmayıl İbrahimli ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib./sportinfo

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
3
news24.az

5Mənbələr