AZ

Bakıda “Özkirəmit” qanunsuz parking yaradıb FOTO KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda fəaliyyət göstərən “Özkirəmit” şirkəti qanunsuz parklama yeri yaradıb. 

KONKRET.az manset.az-a istinadən xəbər verir ki, Nərimanov ərazisində yerləşən şirkətin mağazasının qarşısında qanunsuz parklanma nişanı çəkilib. Obyektin sahibi və əməkdaşlarından başqa digər avtomobillərin həmin ərazidə saxlanılmasına icazə verilmir. Ərazidə olan sürücülər bu vəziyyətdən öz narazılıqlarını bildirirlər. Sürücülər qeyd edirlər ki, sözügedən şirkətin əməkdaşlarına irad bildirdikdə isə onlar icazənin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verildiyini deyirlər. Bəs, bu qanunlar pozulduğu halda şirkəti hansı cəza gözləyir?

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, buna görə fiziki şəxslər üçün cərimə 200 manatdır:

“Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi və ya bu xidmətlə bağlı ödənişin tələb olunmasına görə fiziki şəxslər 100–200 manat məbləğində cərimələnir. Vəzifəli şəxslər üçün bu cərimə 300–500 manat təşkil edir.

İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlər kifayət sayılmadıqda, həmin şəxslərə 15 günədək müddətə inzibati həbs tətbiq oluna bilər. Hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə edilirlər. Yeni qanun bu qaydaları əhatə edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
7
konkret.az

8Mənbələr