
Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın ölkəmizdəki səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.Spiker N. Kiselova ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak edəcək, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.Ulusum.az
Diqqət Çəkənlər
İsrailin İran planı təkcə günlər yox, həftələrlə davam edə bilər – CNN xəbər verir
Minlərlə qadın qumarın girdabında: “Hər şeyimi itirdim…” - VİDEO
Şəkərin kölgəsində gizlənən xərçəng riski