AZ

Zelenski Trampla görüşə bilmədi | VİDEO

AzVision.az xəbər verir ki, “Presse” nəşri belə məlumat yayıb.

“Trampın vaxtından əvvəl getməsi səbəbindən Kanadada sammitə qonaq kimi gedən Ukrayna prezidenti Volodimir Zelenski ilə iyunun 17-nə planlaşdırılan görüş baş tutmayacaq”, - qəzetdə dərc olunan materialda deyilir.

Qeyd edək ki, Amerika lideri G7 sammitini tərk edərək iyunun 16-da axşam Vaşinqtona uçub. Ağ Evin mətbuat katibi Kerolayn Levitt“zirvə toplantısında Böyük Britaniya və baş nazir Kir Starmerlə böyük ticarət sazişi imzalayan Donald Trampın əla gün keçirdiyini” , lakin Yaxın Şərqdəki vəziyyətə görə oranı tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

Tramp: “Makron heç vaxt düz başa düşmür” | VİDEO
Daha sonra Trampın ABŞ Milli Təhlükəsizlik Şurasına (MTŞ) Ağ Evin Vəziyyət Otağında toplaşaraq iclasa hazır olmasını əmr etdiyi bildirilib.

Maraqlıdır ki, ABŞ prezidenti fransalı həmkarı Emmanuel Makronun onun Yaxın Şərq problemi səbəbindən G7 sammitini tərk etməsi barədə bəyanatının həqiqətə uyğun olmadığını yazıb. Halbuki, Ağ Evin mətbuat katibi də məhz belədeyib.

Bununla belə, Trampın G7 sammitini vaxtından əvvəl tərk etməsi üzündən onun Zelenski ilə görüşünün pozulması ilk növbədə Emmanuel Makron üçün növbəti imic itkisidir. Belə ki, bu görüşün təşkil olunmasında hamıdan çox canfəşanlıq edən məhz Fransa prezidenti idi. Amma Donald Tramp nəinki Makronun planını alt-üst edib, hətta onun “həmişə səhv etdiyini” açıqlamaqla onu növbəti dəfə aşağılayıb.

Xatırladaq ki, hələ dünən səhər saatlarındaAğ Evin təmsilçisi ABŞ prezidenti Donald Trampın Kanadada keçirilən G7 sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırdığını açıqlamışdı.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
4
1
azvision.az

2Mənbələr