AZ

Bakıda QDİƏTPA-nın 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirildi

BAKI, 17 iyun. TELEQRAF

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirilib.

Bu barədə Teleqraf-a parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisinin spikeri və QDİƏTPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova iclaslara sədrlik edib.

O, müzakirələrin konstruktiv və məhsuldar olacağına, qəbul olunacaq qərarların təşkilatın gələcək fəaliyyətinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.

Keçirilən müzakirələrdə QDİƏTPA-nın Baş Assambleyasının gündəliyi, həmçinin təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, növbəti dövrdə fəaliyyətinə dair məsələlər, bir sıra təşkilatı məsələlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

Seçilən
1
7
teleqraf.com

9Mənbələr