AZ

İrana müdaxilə Amerika üçün çöküş müharibəsi olar ŞOK PROQNOZ

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yaxın Şərqdə geosiyasi gərginliklərin artdığı bir dönəmdə İranla mümkün müharibə ssenariləri təkcə region üçün deyil, həm də qlobal güc balansı üçün ciddi nəticələr doğura bilər. ABŞ-nin tanınmış mühafizəkar jurnalisti Taker Karlson bu məsələyə xüsusi diqqət çəkərək bildirib ki, İranla başlanacaq hərbi qarşıdurma Amerikanın dünyadakı nüfuzunun tam iflası və Donald Trampın prezidentliyinin de-fakto bitməsi ilə nəticələnə bilər. Onun sözlərinə görə, ABŞ ordusu real bir müharibəyə hazır deyil və bu çatışmazlıq ölkənin strateji maraqlarını təhlükə altına ata bilər.

Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, Amerika Birləşmiş Ştatları, xüsusilə də Tramp administrasiyasının hansısa ölkə ilə birbaşa savaş aparmaq niyyətində olduğunu düşünmür:

“Buna görə maksimum dərəcədə manevr etməyə çalışırlar. Hətta İranla nüvə məsələsinin bu qədər uzanması, Vaşinqtonun İsraillə Tehranı danışıqlara cəlb etməsi bununla bağlı idi. Amerika uzun müddət İsraili İrana hücum etməkdən belə çəkindirməyə səy göstərdilər. Lakin İran tərəfi prosesi dalana dirətdi. Nəticə etibarilə Tehranın danışıqlarda konstruktiv mövqedə olmaması, İsrailin Amerikadan hərbi hücumlara başlamaqdakı israrı ABŞ-nin prosesdən çəkilməsinə səbəb oldu. Amma indiki məqamda vəziyyət İsrailin istədiyi kimi gedir. Çünki İran mülki obyektlər daxil olmaqla bütün məntəqələri vurur. İsrail isə texnoloji üstünlüyündən istifadə edərək yalnız hərbi və strateji məntəqələri hədəf alır. Bu isə beynəlxalq ictimaiyyətdə İranın nəzarətsiz müharibə apardığına və mülki şəxsləri hədəfə götürdüyünə dair kampaniyanın başladılması zəmin yaradacaq. Ümumiyyətlə İsrail Tehranın texnoloji imkanlarının zəif olduğunu bilirdi. Ona görə İranın mülki obyektlərini vuracağına əmin idi. Belə olan halda İsrail sözügedən prosesdən istifadə edərək İrana qarşı beynəlxalq təzyiq yaratmağa çalışacaq. Təbii ki, Amerika buna icazə verməyəcək və qarşısını ala bilməsə, İsrailin müdafiəsi üçün İranla qarşıdurmaya gedə bilər. Əgər İrana müdaxilə məsələsi reallaşarsa, Amerika üçün çöküş müharibəsi olar. Yəni iqtisadi vəziyyət dərin böhran içində qalar. Hətta bəzi ştatların ayrılmasına belə gətirib çıxarar”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sherg.az

2Mənbələr