BAKI, 17 iyun. TELEQRAF
"Ötən il 60 mindən çox müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub. 38 minə yaxın müəllimin əməkhaqqına 35% artım edilib. 17 min müəllimin isə əməkhaqqına 10% artım tətbiq olunub".
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini, Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, sertifikatlaşdırmada yüksək nəticə göstərmiş müəllimlər artıq mentor müəllim kimi çıxış edərək məktəbdaxili metodiki xidmətlər həyata keçirirlər.
“2024-cü ildə 10% və 35% nəticə əldə edən müəllimlərin sayında ciddi artım müşahidə olunur”.