AZ

Bu təhsilverənlər sertifikasiyadan azaddırlar

BAKI, 17 iyun. TELEQRAF

"Hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sonra bir ildən az müddətdə işləyən qadınlar (uşağını təkbaşına böyüdənlər də daxildir), ilkdəfə işə qəbul olunan müəllimlər — 3 il müddətində sertifikasiyadan azaddırlar”

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini, Nurlan İsmayılbəyli deyib.

O qeyd edib ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, eləcə də səriştə və nəticəyə əsaslanan, diferensiallaşdırılmış və əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin formalaşdırılması nəzərdə tutulur.

Seçilən
3
teleqraf.com

1Mənbələr