AZ

Qarabağ ın futbolçusu: Rafael Fiziyevlə görüşmək maraqlı və xoş təcrübə oldu

Idman.biz saytına istinadən ain.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevlə klubun bazasında görüşməsi ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə "Report"a açıqlama verib.

Azərbaycan millisinin üzvü bu idman növünə marağının olduğunu bildirib: "Ona görə də Fiziyevi bazamızda qarşılamaq, onunla görüşmək, söhbət etmək maraqlı və xoş təcrübə oldu. Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində idmançılarımızın hamısına uğurlar arzulayıram. Mən də dəstək üçün orada olacağam".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr