AZ

Hindistanda təyyarə təcili eniş etdi

Hindistanda sərnişin təyyarəsi partlayış təhlükəsi ilə bağlı məlumatdan sonra təcili eniş edib.

ONN media xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.
Qeyd olunub ki, “İndiGo” aviaşirkətinə məxsus, Maskat–Koçi–Dehli marşrutu üzrə hərəkət edən reys Naqpur şəhərinin hava limanında təcili eniş edib. Polis bildirib ki, bütün sərnişinlər təxliyə olunub. Bundan sonra hava limanının təhlükəsizlik xidmətləri və partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə qruplar təyyarədə yoxlamalara başlayıblar. Hazırkı vaxtadək heç bir şübhəli əşya aşkarlanmayıb.
Seçilən
1
3
onn.az

4Mənbələr