AZ

Azərbaycan karateçiləri Moldovada altı medal qazanıblar

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Deflimpiya Komitəsinin karateçiləri Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən “Chisinau Karate Open Grand Prix” turnirində uğurla çıxış ediblər.

Deflimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yarışda 6 eşitmə məhdudiyyətli karateçi daxil olmaqla ümumilikdə 16 nəfər azərbaycanlı idmançı mübarizə aparıb.

Müxtəlif ölkələrdən 287 idmançının iştirak etdiyi turnirdə “Senior Deaf” kateqoriyası üzrə müxtəlif çəki dərəcələrində döyüş keçirən eşitmə məhdudiyyətli təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 3 bürünc medalla təltif olunublar.

Belə ki, Elnur Qasımzadə 67 kiloqram çəki dərəcəsində qızıl, Hikmət Ağayev 60 kiloqram, Əliəkbər Əlizadə isə 75 kiloqram çəki dərəcələrində gümüş, Şaiq Osmanov (75 kiloqram), Sahib Sahibli və Elmin Hüseynli (hər ikisi 84 kiloqram) bürünc medallar qazanıblar.

Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə 2025-ci ildən etibarən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport - ICSD) üzvlüyünə qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
6
azertag.az

8Mənbələr