ain.az, Fanat saytına istinadən bildirir.
Braziliya yığmasının və Türkiyənin “Fənərbağça” klubunun keçmiş futbolçusu Aleks De Souzanın yeni iş yeri məlum olub.
Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis Braziliya B Seriyasında çıxış edən "Operario Ferroviario" komandasının baş məşqçi postuna gətirilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Aleks De Souzanın son iş yeri Türkiyədə "Antalyaspor" olub. O, daha əvvəl "San Paulo"nun U-20 və Braziliyanın “Avai” komandasını çalışdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.