Bakı. Trend:
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov iləŞimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərliketdiyi nümayəndə heyəti arasında görüş olub.
Trend xəbər verir ki, görüşdəikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerjisahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub.Son illərdə Azərbaycanla Şimali Makedoniya arasında siyasi vəiqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığıninkişaf etdiyi vurğulanıb. Ötən ildən etibarən Azərbaycandan ŞimaliMakedoniyaya təbii qaz təchizatının uğurla davam etdirildiyi, buəməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsinə maraqgöstərildiyi və enerji tərəfdaşlığının inkişafına Şimali Makedoniyaparlamenti tərəfindən tam dəstək ifadə olunduğu bildirilib.
Söhbət zamanı Azərbaycan tərəfindən Avropa İttifaqı və üzvölkələrlə həyata keçirilən enerji layihələri, o cümlədən Cənub QazDəhlizi, “yaşıl enerji dəhliz”ləri və bərpa olunan enerjimənbələrinin inkişafı barədə məlumat verilib. Azərbaycanın 2027-ciilə qədər ölkə üzrə quraşdırılmış enerji gücündə bərpa olunanmənbələrin payını 33%-ə, 2035-ci ilə qədər isə 44%-ə çatdırmaqplanları və Avropa bazarına “yaşıl enerji” ixracı istiqamətindəatılan addımlar müzakirə olunub. Bu kontekstdə “yaşıl enerji”tədarükü imkanları da dəyərləndirilib.