AZ

AFFA iki futbolçunu üç, birini isə dörd oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi Gənclər Liqasında keçirilən oyunlardakı neqativ hallarla bağlı sərt qərarlar verib.
 
Moderator.az xəbər verir ki, "Səbail" - "Araz Naxçıvan" matçının 90+2-ci dəqiqəsində Naxçıvan klubundan Məhəmməd Rəşidli, "dənizçilər"dən isə Murad Fərzəliyev rəqibi təhqir etdiyi üçün üç oyunluq cəzalandırılıb.
 
"Neftçi" - "Turan Tovuz" matçında isə "Neftçi"nin oyunçusu Mirəli Hüseynov təcavüzkar davranışa görə qırmızı vərəqə alıb və bu, onun dörd oyunluq sanksiya ilə üzləşməsinə səbəb olub.
 
Seçilən
6
1
moderator.az

2Mənbələr