AZ

KİV: Türkiyə İrana hücumdan bir neçə saat əvvəl məlumatlandırılıb

BAKI, 17 iyun. TELEQRAF

ABŞ İsrailin İrana zərbələri başlamazdan bir neçə saat əvvəl Türkiyə və Yaxın Şərqdəki digər müttəfiqlərini bu planları barədə məlumat verib.

Teleqraf xəbər verir ki, bu barədə “Middle East Eye” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Vəziyyətlə tanış olan iki mənbə nəşrə bildirib: “Birləşmiş Ştatlar Türkiyə və Yaxın Şərqdəki digər regional müttəfiqlərini İrana zərbə planları barədə (iyunun 13-də) zərbələr başlamazdan bir neçə saat əvvəl məlumatlandırıb”.

Nəşr yazır ki, İsrail təyyarələrinin İran boyunca hədəflərə zərbələr endirmək üçün Suriya və İraq hava məkanından istifadə etdiyi güman edilir.

“Dekabr ayından İsrail Baş naziri Benyamin Netanyahunun hökuməti Suriyadakı bütün hava hücumundan müdafiə sistemlərini məhv edərək, faktiki olaraq ölkəni müdafiəsiz qoyub”, - nəşr əlavə edir.

Seçilən
8
teleqraf.com

1Mənbələr